Həvəskar futbolçular arasında İrlandiya çempionatında qalmaqal yaşanıb. Matç.az saytı xəbər verir ki, xoşagəlməz hadisə müttəfiq respublikaların birləşmiş çempionatında keçirilən "Mallinqar Siti" – "Horslip" görüşündən sonra qeydə alınıb.

Meydan sahiblərinin üç futbolçusu və bir azarkeş oyunun baş hakimi Daniel Sviniyə hücum çəkib. "Dördlük" referini döyərək ciddi xəsarətlər yetirib. Onların bu hərəkətinin səbəbləri müəyyənləşməyib.

İrlandiya hakimlər birliyinin rəhbəri Pol Obrayen hakimin zədələrini açıqlayıb. O bildirib ki, Svininin çənəsi hər iki tərəfdən qırılıb, gözünün altındakı sümük və burnu ciddi xəsarət alıb.

"Mallinqar" rəhbərliyi isə baş verənlərə şərh verməyib.

Qeyd edək ki, "Mallinqar" bu matçda 3:1 hesabı ilə qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest