Bu gün İsveçrənin Nyon şəhərində 17 və 19 yaşadək qızlardan ibarət milli komandalar arasında final mərhələsi 2021-ci ildə keçiriləcək Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, U-17 2-ci qrupa, U-19 isə 7-ci qrupa düşüb.

U-17-nin qrup oyunları gələn il sentyabrın 1-dən 10-dək Maltada, U-19-un görüşləri isə oktyabrın 19-dan 27-dək Belçikada keçiriləcək.

 

U-17, ilkin seçmə mərhələ. II qrup

Almaniya, Belçika, Azərbaycan, Malta

U-19, ilkin seçmə mərhələ. VII qrup

Belçika, İsveç, Azərbaycan, Kipr

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest