çempionlar Liqasında (çL) qrup mərhələsinin V turunun ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, UEFA-nın keçirdiyi səsvermədə azarkeşlər 4 namizəd arasında seçim edib.

Nəticədə "Bavariya"nın hücumçusu Robert Levandovski turun ən yaxşısı seçilib. 31 yaşlı oyunçu "Srvena Zvezda" ilə səfər qarşılaşmasında (6:0) pokerə imza ataraq buna nail olub.

Levandovski digər iddiaçılar Lionel Messi ("Barselona"), Keylor Navas (PSJ) və Romelu Lukakunu ("İnter") qabaqlamağı bacarıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest