Futbol üzrə Türkiyə Super Liqasında 13-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, şənbə günü daha dörd qarşılaşma baş tutub. 

"Rizəspor" "Konyaspor"u, "Alanyaspor" isə "Ankaragücü"nü məğlub yola salıb. Lider "Sivasspor" "Kasımpaşa"nı qəbul edib və növbəti qələbəsini rəsmiləşdirib. "Fənərbaxça" İzmir səfərində "Göztəpə"nin qonağı olub. İstanbul klubu bu oyundan xal itkisi ilə ayrılıb.

Türkiyə Super Liqası
13-cü tur

29 noyabr

Gənclərbirliyi – Yeni Malatyaspor 3:3
Qol: Sio, 52. Stanku, 76. Berisbek, 90+1 – Bifuma, 44. R.Yalçın, 85; 88.

30 noyabr

Rizəspor – Konyaspor 3:1
Qol: O.çağlayan, 3. A.Umar, 10. Yan, 74 – Miloşeviç, 11.

Sivasspor – Kasımpaşa 2:0
Qol: H.Arslan, 10. Yatabare, 17.

Alanyaspor – Ankaragücü 5:0
Qol: Bakasetas, 16; 85. Djalma, 24; 90+3; 90+6.

Göztəpə – Fənərbaxça 2:2
Qol: Kastro, 7. A.öztürk, 63-pen – S.Aziz, 44. G.Rodriqes, 68.

1 dekabr

15:00 Qaziantep – Dənizlispor
17:30 Başakşəhər – Antalyaspor
20:00 Trabzonspor – Qalatasaray

2 dekabr

21:00 Beşiktaş – Kayserispor

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest