19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi sabah Avropa çempionatında seçmə mərhələyə start verir. Matç.az saytı xəbər verir ki, Gürcüstanda meydan sahibləri, İsrail və Lixtenşteynlə mübarizə aparacaq komandamız tarixində 25-ci dəfə bu yarışa qatılır.

Qitə arenasına ilk dəfə 1994-cü ildə çıxan yığmamız əvvəl U-18, sonra U-19-ların qatıldığı turnirdə 24 dəfə qüvvəsini sınayıb. Cəmi 3 dəfə ilk seçmə mərhələni adlayan millimizin son uğuru 2014-cü ilə təsadüf edib.

Millimiz yenidən elit-raunda yüksəlmək imkanına malikdi. çünki Vüqar Məmmədin yetirmələrinin püşkdə bəxti gətirib.

1-ci qrupdakı rəqiblər də yığmamız üçün münasib komandalardı. Oyunları qonşu Gürcüstanda keçiriləcək turnirdə millimiz mərhələ adlamağa borcludu.

Hər qrupdan ilk iki yeri tutan komandaların mərhələ adlaması U-19 üçün perspektiv yaradır. Lixtenşteynin aşkar autsayder olduğu qrupda ilk 2 yerdən birinə yiyələnmək şansları böyükdü.

Qeyd edək ki, U-19-ların Avropa çempionatının final mərhələsi Ermənistanda baş tutacaq.

U-19-lar arasında Avropa çempionatı

I qrup

I tur, 14 noyabr

14:00. Azərbaycan – İsrail

Tiflis. Mixail Mesxi adına stadion. 2-ci meydança

II tur, 17 noyabr

17:00. Gürcüstan – Azərbaycan

Tiflis. Mixail Mesxi adına stadion

III tur, 20 noyabr

17:00. Lixtenşteyn - Azərbaycan

Tiflis. Mixail Mesxi adına stadion. 2-ci meydança

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest