Futbol üzrə İtaliya A Seriyasında 14-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər görüşləri bazar gününə təsadüf edib.

Lider "Yuventus" "Sassuolo"nu sınağa çəkib. Turin təmsilçisi bu oyunda xal itkisi ilə üzləşib. Bundan maksimum yararlanan "İnter" SPAL-la oyunda qələbə qazanaraq, zirvəyə yüksəlib. 

"Milan" da "Parma" ilə qarşılaşmadan qalib ayrılıb. "Napoli" isə "Bolonya" ilə ev oyununda hesabı açmasına baxmayaraq, meydanı məğlubiyyətlə tərk edib. "Latsio" evdə "Udineze"yə, "Roma" səfərdə "Verona"ya qalib gəlib.

İtaliya A Seriyası
14-cü tur

30 noyabr

Breşiya – Atalanta 0:3
Qol: Paşaliç, 26; 61. İliçiç, 90+2.

Cenoa – Torino 0:1
Qol: Bremer, 77.

Fiorentina – Leççe 0:1
Qol: La Mantiya, 49.

1 dekabr

Yuventus – Sassuolo 2:2
Qol: Bonuççi, 20. Ronaldo, 68-pen – Boqa, 23. Kaputo, 47.

İnter – SPAL 2:1
Qol: L.Martines, 16; 41 – Valoti, 50.

Latsio – Udineze 3:0
Qol: İmmobile, 9; 36-pen. L.Alberto, 45+1-pen.

Parma – Milan 0:1
Qol: T.Hernandes, 88.

Napoli – Bolonya 1:2
Qol: Lyorente, 41 – Olsen, 58. Sansone, 80.

Verona – Roma 1:3
Qol: Faraoni, 21 – Kluyvert, 17. Perotti, 45. Mxitaryan, 90+2.

2 dekabr

23:45 Kalyari – Sampdoriya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest