"Tottenhem"in yarımmüdafiəçisi Covanni Lo Selso komandadakı durumundan məmnun deyil. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Argentina millisinin üzvü az oyun şansı əldə etməsindən narazıdı.

23 yaşlı futbolçu məhz bu səbəbdən komandada qalmamaq fikrinə düşüb. Həmçinin yeni baş məşqçi Joze Mourinyo ilə münasibətinin yaxşı olmaması da onun gedişini sürətləndirə bilər. Müqavilə ilə "Betis"ə məxsus olan Lo Selso mövsümün sonuna qədər londonlular tərəfindən icarəyə götürülsə də, yanvarda geri dönə bilər.

Qeyd edək ki, Covanni Lo Selso bu mövsüm Premyer Liqada 7 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest