Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin görüşləri üçün təyinatlar müəyyənləşib. Matc.az xəbər verir ki, Peşəkar Futbol Liqası rəsmi saytı vasitəsilə ölkə kubokunda yeni mövsümün ilk oyunlarına bütün təyinatları açıqlayıb.
 
Azərbaycan Kuboku
1/8 final
3 dekabr
 
"Keşlə" – "Kəpəz"
Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ruhulla Kərimov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
"ASCO Arena", 15:00
 
4 dekabr
 
"Zirə" – "Qaradağ Lökbatan"
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Müslüm Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu, 14:00
 
"Sabah" – "Ağsu"
Hakimlər: Fərid Hacıyev, Mübariz Haşımov, Pərvin Talıbov, Elçin Məsiyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Şaiq Həmidov
"Bank Respublika Arena" (ehtiyat meydança), 15:00
 
"Sumqayıt" – "Zaqatala"
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Cəmil Quliyev, Orxan Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elbrus Abbasov
"Kapital Bank Arena", 17:00

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest