İcarə əsasında "Brügge"də forma geyinən "Qalatasaray"ın futbolçusu Mbaye Dianye yenidən cəzalandırılıb. Matc.az xəbər verir ki, seneqallı hücumçu "Brügge"nin B komandasına göndərilib. Bu barədə Belçika mətbuatı məlumat yayıb.
 
"Brügge"nin çempionlar Liqasında "Qalatasaray"la oynadığı matç (1:1) ərəfəsində icazəsiz Türkiyəyə səyahət edən Dianye, əsas komandadan qovulub və bundan sonra ancaq fərdi məşqlər edə bilər.
 
Belçika təmsilçisi ilə mövsümün sonuna qədər müqaviləsi olan 28 yaşlı hücumçu "Brügge" ilə 12 oyuna çıxıb və 4 qol vurub. O, bir müddət əvvəl çL-də PSJ-yə qarşı keçirdikləri oyundan sonra da əsas komandadan qovulmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest