Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
 
Mövsümün açılış matçında "Keşlə" "Kəpəz"lə üz-üzə gəlib. Elita təmsilçisi bu görüşün aşkar favoriti hesab olunurdu. Bakılılar uzun müddət azlıqda çıxış etməsinə baxmayaraq, qələbə qazanmağı bacarıb. Bununla "Keşlə" 1/4 finalda "Qarabağ"a rəqib olub.
 
Qeyd edək ki, bu mərhələnin "Sabah" – "Ağsu", "Zirə" – "Qaradağ Lökbatan" və "Sumqayıt" – "Zaqatala" qarşılaşmaları sabah baş tutacaq.
 
Azərbaycan Kuboku
1/8 final
3 dekabr
 
"Keşlə" – "Kəpəz" - 3:1
Qollar: Ruslan Əmircanov, 25; Xəzər Mahmudov, 56, 87 - Nodar Məmmədov, 45+3
Qırmızı vərəqə: Franko Flores, 45+2
Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Rəvan Həmzəzadə.
"ASCO Arena"
"Keşlə": 94. Rəşad Əzizli, 33. Tərlan Quliyev (k), 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 14. Emin Mehtiyev, 22. Əfran İsmayılov, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov, 97. Xəzər Mahmudov

Ehtiyat oyunçular: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov, 3. Cabir Əmirli, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 6. Rəşad Sadiqov, 25. Con Kamara, 9. Lorenzo Frutos, 91. Samir Abdullayev

Baş məşqçi: Tərlan Əhmədov

"Kəpəz": 1. Əli Kərimov, 4. Qaraxan Əliyev, 10. Əli Səmədov (k), 6. Nodar Məmmədov, 7. Elvin Nəsibov, 17. Tural Əliyev, 21. Elcan Rəhimov, 20. Kənan Allahverdiyev, 11. Elgün Orucov, 27. ülvi Əliyev, 25. ümid Səmədov

Ehtiyat oyunçular: 22. Pərvin Zeynalov, 5. Novruz Məmmədov, 19. Eltac Mirzəyev, 8. Fərid Bayramov, 3. İsmayıl Məmmədov

Baş məşqçi: Yaşar Vahabzadə

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest