"Fənərbaxça" sərt cəza ilə üzləşə bilər. Buna səbəb klubun xərclərinin limiti aşmasıdı. Məsələ burasındadı ki, Türkiyə Futbol Federasiyası (TFF) mövsümün əvvəlində hər klub üçün xərc limitini açıqlamışdı.

"Fənərbaxça" sərt cəza ilə üzləşə bilər. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, buna səbəb klubun xərclərinin limiti aşmasıdı.

Məsələ burasındadı ki, Türkiyə Futbol Federasiyası (TFF) mövsümün əvvəlində hər klub üçün xərc limitini açıqlamışdı. Klublar futbolçu, məşqçi heyəti və menecerlik ödənişləri zamanı göstərilən limiti aşarsa, cəza alacaqlar. "Fənərbaxça" üçün limit 32,4 milyon avro dəyərində müəyyənləşdirilsə də, "sarı-lacivərdlilər"in cari mövsümdəki xərci iki dəfə çox - 65,1 milyon avrodu.

Bu ay federasiya ilə klub rəsmiləri bir araya gələcək, bu məsələni müzakirə edəcəklər. Klublara bu mövsüm limiti 30% aşmaq haqqı verilib. Yəni Superliqa nəhəngi xərcləri 42 milyon avroya endirməsə, sanksiya tətbiq ediləcək. Cəzanın transfer qadağası, yoxsa xal silmə olacağına isə TFF qərar verəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest