"Mançester Siti" yarımmüdafiəçisi Fernandinyo ilə yollarını ayırmağa hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu komandanın baş məşqçisi Pep Qvardiola deyib.

İspaniyalı mütəxəssis mövsümün sonunda bir neçə oyunçu ilə vidalaşacaqlarını söyləyib: "Komandanı yeniləməliyik. David Silva mövsümün sonunda ayrılacağını təsdiqlədi. Fernandinyonun gələcəyi sual altındadı, karyerasında müəyyən dəyişiklik lazımdı".

Qeyd edək ki, Fernandinyonun "Mançester Siti" ilə müqavilə müddəti mövsümün sonuna qədərdi və yayda o, azad agent statusu daşıyacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest