Podqoritsa şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının oyunlarının tarixi dəyişdirilib. Matc.az xəbər verir ki, buna səbəb əlverişsiz hava şəraiti olub.

Belə ki, Monteneqronun müvafiq yaş qrupundan ibarət yığması ilə yoldaşlıq görüşləri əvvəlcədən nəzərdə tutulduğu kimi, bu gün də dekabrın 5-də keçirilməyəcək.

Tərəflər arasındakı razılığa əsasən komandalar sabah və dekabrın 6-da üz-üzə gələcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest