"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba Premyer Liqanın XV turunda "Tottenhem"lə keçiriləcək oyunu da buraxacaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu "qırmızı şeytanlar"ın baş məşqçisi Ole-Qunnar Sulşer deyib.

Norveçli mütəxəssis bildirib ki, fransalı orta sahə oyunçusu hələ hazır vəziyyətdə deyil: "Poqba hələ oynamağa hazır deyil. Ona bir az da vaxt lazımdı. çox çalışır, amma məşqlərdə nə qədər dözə bildiyinə baxacağıq. Pol "Tottenhem"lə matçda da iştirak etməyəcək".

Qeyd edək ki, sabah keçiriləcək "Mançester Yunayted" - "Tottenhem" matçı Bakı vaxtı ilə 23:30-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest