Futbol üzrə İngiltərə kubokunda 3-cü mərhələnin püşkü atılıb. Matc.az xəbər verir ki, bu mərhələdən etibarən Premyer Liqa klubları da mübarizəyə qoşulacaq.
 
Püşkatma nəticəsində bəzi elita təmsilçiləri bir-birinə rəqib olub. Onların arasında ən diqqət çəkəni isə Liverpul derbisidi. Belə ki, "Liverpul" növbəti mərhələyə vəsiqə qazanmaq üçün "Everton"u mübarizədən kənarlaşdırmalıdı. "Mançester Yunayted" isə "Vulverhempton"a rəqib olub.
 
üçüncü mərhələdə qarşılaşacaq komandaların bütün siyahısı belədi:
 
Liverpul – Everton
Lester - Uiqan
Fulhem – Aston Villa
çelsi – Nottingem Forest
Vulverhempton – Mançeter Yunayted
Şeffild Yunayted – Fayld
Sauthempton – Haddersfild
Bornmut – Luton
Brayton – Şeffild Uensdey
Mançester Siti – Port Veyl
Midlsbro – Tottenhem
Uotford – Tranmer Rovers
Preston – Norviç
Kristal Pelas – Derbi Kaunti
Arsenal – Lids
Qillingem – Vest Hem
Bernli – Piterboro
 
Qeyd edək ki, İngiltərə kubokunda 3-cü mərhələnin oyunları 3-6 yanvar aralığında keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest