İngiltərə Premyer Liqasının XV turunda "Bernli"nin qonağı olan "Mançester Siti" səfərdən 4:1 hesablı qələbə ilə dönüb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "şəhərlilər" bununla 2019-cu ildə ölkə çempionatında topladıqları ümumi xal sayını 84-ə çatdırıb.

Mançester təmsilçisi top-5 liqalardakı komandalar arasında bu baxımdan ən yaxşı göstəriciyə malik 3-cü komandadı. Onları yalnız PSJ (85 xal) və "Bavariya" (86) qabaqlayır.

Növbəti yerlərdə qərarlaşan "Barselona" La Liqa 78, "Liverpul" isə Premyer Liqada 73 xal toplayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest