İngiltərə Premyer Liqasında legioner limiti yenidən müzakirə olunacaq. Matç.az saytı xəbər verir ki, bu barədə "SKY Sport" məlumat yayıb.

Bildirilib ki, Premyer Liqanın səhmdarları və klub nümayəndələri arasıdakı görüş bu həftənin cümə axşamı günü baş tutacaq. Əsas məqsəd komandaların heyətində ingilis olmayan oyunçu limitini 12 futbolçuya endirməkdir. Belə ki, hər komanda matç üçün açıqladığı 25 nəfərlik iştirak ərizəsində ən az 13 ingilis oyunçuya yer verməlidir.

Hazırda qüvvədə olan qaydalara görə isə limit 17-dir.

Qeyd edək ki, baş tutacaq görüşdə həmçinin Video Hakim Texnologiyasının (VAR) tətbiqi də müzakirə olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest