İdman Araşdırmalar Mərkəzi (İAM) "İlin Qalibləri-2019" layihəsinin icrasına başlayıb. Əvvəlki layihələrlə müqayisədə bu dəfə də nominasiyaların tərkibində bəzi dəyişikliklər edilib. "İlin komandası" nominasiyası siyahıya daxil edilib.
İdman Araşdırmalar Mərkəzi (İAM) "İlin Qalibləri-2019" layihəsinin icrasına başlayıb. Matc.az xəbər verir ki, ardıcıl 7-ci ildir həyata keçirilən layihənin təşkilati dəstəkçisi Bakı Olimpiya Stadionu, İnformasiya dəstəkçisi "Report" agentliyi, baş sponsoru "AAAF Holding", sponsorları isə Azərbaycanın ilk idman geyimi brendi "İl`Azero" və "Dadlı Naxçıvan Məhsulları"dı.
Əvvəlki layihələrlə müqayisədə bu dəfə də nominasiyaların tərkibində bəzi dəyişikliklər edilib. "İlin komandası" nominasiyası siyahıya daxil edilib. "İlin idman yarışı" isə "İlin idman qurğusu" nominasiyası ilə dəyişdirilib. Beləliklə, nominasiyaların sayı 7-yə çatdırılıb və hər bir nominasiya üzrə 7 namizəd müəyyənləşdirilib.
Layihənin ilkin mərhələsində müxtəlif KİV-lərdə çalışan idman jurnalistləri (hər KİV-dən bir nəfər) arasında "İlin idman xadimi", "İlin idmançısı", "İlin futbolçusu", "İlin əcnəbi futbolçusu", "İlin komandası", "İlin məşqçisi" və "İlin idman qurğusu" nominasiyaları üzrə sorğu keçiriləcək. Bu zaman jurnalistlər cavablarında təklif olunan namizədlərdən birini və ya özlərinin layiq bildikləri şəxsi də göstərə bilərlər.
Yekunda ən çox səs toplayan namizəd dekabrın 18-də Bakı Olimpiya Stadionunda idman ictimaiyyəti nümayəndələrinin iştirakı ilə "7 Qalib" adlı mərasimdə mükafatlandırılacaq. Tədbir zamanı İAM-ın xüsusi mükafatları da təqdim olunacaq.
Namizədlər bunlardır (Əlifba sırası ilə):
İLİN İDMAN XADİMİ
1. Arif Rəhimov - "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin icraçı direktoru
2. Mahir Məmmədov - Azərbaycan Şahmat Federasiyasının və Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti
3. Nağı Səfərov - Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti və Azərbaycan Boks Federasiyasının baş katibi
4. Namiq Əliyev - Azərbaycan Güləş Federasiyasının prezident əvəzi
5. Sadıq Sadıqov - Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti
6. Tofiq Heydərov - "Zirvə" Beynəlxalq İdman Klublarının prezidenti, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti
7. Yaşar Bəşirov - Azərbaycan Karate Federasiyasının prezidenti
İLİN İDMANçISI
1. Alfonso Dominges - boksçu, "Minsk 2019" II Avropa Oyunlarının qalibi
2. İrina Zaretska - karateçi, Avropa Oyunlarının gümüş mükafatçısı, Premyer Liqa 1 yarışlarından 4-nün qalibi
3. Mariya Stadnik - qadın güləşçi, "Minsk 2019" II Avropa Oyunlarının qalibi və dünya çempionu
4. Milad Beigi Harçeqani - taekvondoçu, dünya çempionu
5. Rüstəm Orucov - cüdoçu, "Minsk 2019" II Avropa Oyunlarının gümüş mükafatçısı
6. Şərif Şərifov - sərbəst güləşçi, Avropa çempionu və dünya çempionatının gümüş mükafatçısı.
7. Teymur Rəcəbov - şahmatçı, Dünya Kubokunun qalibi
İLİN FUTBOLçUSU
1. Ağabala Ramazanov - "Səbail" klubunun və Azərbaycan milli komandasının hücumçusu
2. Bəhlul Mustafazadə - "Qəbələ" / "Sabah" klubunun və Azərbaycan milli komandasının müdafiəçisi
3. Emil Balayev - Qazaxıstanın "Tobol" klubunun və Azərbaycan milli komandasının qapıçısı)
4. Emin Mahmudov - "Neftçi" klubunun və Azərbaycan milli komandasının yarımmüdafiəçisi, 2018/2019 mövsümünün ən yaxşı futbolçusu
5. Mahir Emreli - "Qarabağ" klubunun və Azərbaycan milli komandasının hücumçusu, 2018/2019 mövsümünün bombardiri
6. Ramil Şeydayev - Rusiyanın "Dinamo" (Moskva) klubunun və Azərbaycan milli komandasının hücumçusu
7. Riçard Almeyda - "Qarabağ" klubunun və Azərbaycan milli komandasının yarımmüdafiəçisi
İLİN ƏCNƏBİ FUTBOLçUSU
1. Abdullah Zubir - "Qarabağ" klubunun fransalı yarımmüdafiəçisi
2. Baqali Dabo - "Neftçi" klubunun fransalı hücumçusu
3. Dani Kintana - "Qarabağ" klubunun ispaniyalı yarımmüdafiəçisi
4. Davit Volkov - "Qəbələ" klubunun gürcüstanlı hücumçusu
5. Saşa Stamenkoviç - "Sabah" klubunun serbiyalı qapıçısı
6. Xulio Sezar Rodriqez - "Zirə" klubunun paraqvaylı hücumçusu
7. Yevgeni Koçuk - "Səbail" klubunun və Moldova milli komandasının yarımmüdafiəçisi
İLİN MƏŞQçİSİ
1. Aslan Ağayev - Qadın güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi
2. Bahattin Kandaz - karate üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi
3. Qurban Qurbanov - "Qarabağ" futbol komandasının baş məışqçisi
4. Joze Alesio Da Silva - Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi
5. Reza Mehmandust - Taekvondo üzrə Azərbaycan milli komandasının baş məşqçisi
6. Roberto Bordin - "Neftçi" futbol komandasının baş məşqçisi
7. Ruslan Maşurenko - Cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi
İLİN KOMANDASI
1. Aero dance" üzrə böyüklərdən ibarət komanda - Avropa çempionu
2. Cüdo üzrə yeniyetmələrdən ibarət qarışıq komanda - Azərbaycan tarixində ilk dəfə dünya çempionatının gümüş mükafatçısı
3. Futzal üzrə Azərbaycan yığması - Dünya çempionatının əsas seçmə mərhələsinin qalibi və elit-raunda vəsiqənin sahibi
4. "Qarabağ" futbol komandası - Azərbaycan çempionu və UEFA Avropa Liqasının qrup mərhələsinin iştirakçısı
5. "Qəbələ" futbol komandası - Azərbaycan Kubokunun qalibi
6. "Neftçi" futbol komandası - Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı və UEFA Avropa Liqasında III təsnifat mərhələsinədək irəliləmiş komanda.
7. Şahmat üzrə qadınlardan ibarət komanda - Avropa çempionatının bürünc mükafatçısı
İLİN İDMAN QURÄžUSU
1. "Bakcell Arena" - Futbol üzrə Azərbaycan milli komandasının, "Neftçi" klubunun daxili və beynəlxalq oyunları keçirilib
2. Bakı Olimpiya Stadionu - UEFA Avropa Liqasının final oyunu keçirilib
3. Göygöl Olimpiya Kompleksi - Ayrı-ayrı növlər üzrə milli komandaların təlim-məşq toplanışları keçirilib
4. Heydər Əliyev adına İdman Arenası - "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalında ən çox yarış keçirilib
5. Milli Gimnastika Arenası - Gimnastika növləri üzrə 7 beynəlxalq yarış, o cümlədən, bədii gimnastika üzrə dünya çempionatı keçirilib
6. Şamaxı Olimpiya Kompleksi - Ən çox kütləvi tədbirlər keçirilib
7. Tofiq Bəhramov adına Respublika stadionu - "Qarabağ" klubunun daxili və beynəlxalq oyunları keçirilib.