PSJ-nin baş məşqçisi Tomas Tuxel Almaniyaya qayıda bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Bavariya" təcrübəli mütəxəssisə "elçi düşüb".

Almanlar onunla danışıq aparmaq üçün mövsümün sonunu gözləyir. Belə ki, PSJ çempionlar Liqasında uğurlu çıxış etməsə, çox güman ki, Tuxellə yollar ayrılacaq. Bu baş verərsə, Bundesliqa çempionu onunla təmasa keçəcək.

Qeyd edək ki, Tomas Tuxel PSJ-yə gəlməzdən əvvəl iki il Dortmund "Borussiya"sını çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest