İngiltərə Futbol Liqasında (RFL Trophy) 2-ci mərhələnin oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının üzvü Serhat Taşdemirin formasını geyindiyi "Piterboro Yunayted" də bu turnirdə növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv bu dəfə "İpsviç"lə qarşılaşıb. Əsas vaxtı 1:1 hesabıyla bitən matçın qalibi penalti seriyasında müəyyənləşib. Futbolçumuzun komandası 11 metrlik zərbələrdə 5:6 hesabıyla uduzaraq, mübarizəni dayandırıb.
 
Taşdemir də bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest