FIFA transfer bazarının əsas fiqurları olan futbolçu menecerlərinin illik qazancını açıqlayıb. Agentlərin gəlirləri ildən-ilə artır. Ali futbol qurumu menecerlərin 2019-cu ildə futbolçu transferindən əldə etdiyi ümumi qazancın 590 milyon avro olduğunu bəyan edib.

FIFA transfer bazarının əsas fiqurları olan futbolçu menecerlərinin illik qazancını açıqlayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, agentlərin gəlirləri ildən-ilə artır.

Ali futbol qurumu menecerlərin 2019-cu ildə futbolçu transferindən əldə etdiyi ümumi qazancın 590 milyon avro olduğunu bəyan edib. Bu, ötən illə müqayisədə 19,3% faiz çoxdu. Bu məbləğin 65%-i Avropanın top-5 liqasında çıxış edən klubların büdcəsindən çıxıb.

Diqqətçəkən məqamlardan biri də Portuqaliya klublarının menecerlərə xərclədiyi puldu. 2019-cu ildə 190 milyon avroluq transfer reallaşdıran portuqaliyalılar bunun 85 milyonunu menecerlərə ödəyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest