PSJ-nin hücumçusu Kilian Mbappe uğrunda mübarizə qızışır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, əzəli rəqibi "Real"la mübarizədən qalib ayrılmaq istəyən "Barselona" fransızlara yeni təklif göndərməyə hazırlaşır.

Kataloniya təmsilçisi PSJ-yə fransalı hücumçuları Usman Dembele, Antuan Qrizmann və 120 milyon avro təklif edəcək. Fransızlar 20 yaşlı forvardla bağlı qərarı mövsümün sonunda verəcək.

Qeyd edək ki, PSJ Mbappeni "Monako"dan 180 milyon avroya transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest