İngiltərə Premyer Liqasının XV turunda "Everton"la qarşılaşan "Liverpul" böyükhesablı qələbəyə sevinib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "qırmızılar" bununla yeni rekord müəyyənləşdirib.

"Liverpul" ötən mövsümdən bəri Premyer Liqada məğlubiyyətsiz oyunlar seriyasını 32-yə çatdırıb. Komanda bu matçların 27-də qələbə qazanıb, 5-də heç-heçə edib. Bununla "Liverpul" öz rekordunu yeniləyib.

Qeyd edək ki, "Liverpul" 15 turdan sonra 43 xalla turnir cədvəlinə başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest