DÇ-2022-nin Avropa zonası üzrə seçmə oyunlarının təqvimi müəyyənləşib. Azərbaycan yığmasının da seçmə mərhələdəki görüşlərinin vaxtı bilinib. 10 qrupda mübarizə aparacaq 55 yığmala 2021-ci ildə yarışa start verəcək.

Dç-2022-nin Avropa zonası üzrə seçmə oyunlarının təqvimi müəyyənləşib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının da seçmə mərhələdəki görüşlərinin vaxtı bilinib.

10 qrupda mübarizə aparacaq 55 yığmala 2021-ci ildə yarışa start verəcək. Seçmə mərhələnin 5 komandalı qrupuna düşəcək millilər iki oyun günündə istirahət edə biləcək.

Beş qrupda 5, beş qrupda isə 6 komanda olacaq. Qrup qalibləri birbaşa mundiala vəsiqə əldə edəcək. İkinci yeri tutan 10 komanda və Millətlər Liqasının 2020/21 mövsümünün iki ən yaxşı qrup qalibi pley-offda son üç vəsiqə üçün mübarizə aparacaq. Pley-off 2022-ci ildə təşkil olunacaq.

 

Avropa zonası üzrə oyun günləri

I tur: 25-27 mart 2021

II tur: 28-30 mart 2021

III tur: 4-5 iyun 2021

IV tur: 7-8 iyun 2021

V tur: 2-4 sentyabr 2021

VI tur: 5-7 sentyabr 2021

VII tur: 7-9 oktyabr 2021

VIII tur: 10-12 oktyabr 2021

IX tur: 11-13 noyabr 2021

X tur: 14-15 noyabr 2021

Pley-offun yarımfinalı: 24-25 mart 2022

Pley-offun finalı: 28-29 mart 2022

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest