19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb. Matç.az saytı xəbər verir ki, yığmamız oyunları Gürcüstanda keçirilən 1-ci seçmə qrupunda ilk qarşılaşmasını keçirib.

Vüqar Məmmədin baş məşqçisi olduğu komandanın rəqibi İsrail yığması olub. Tiflisdə baş tutan görüş millimizin böyükhesablı məğlubiyyəti ilə başa çatıb – 1:4.

Hər hissədə iki qol buraxan yığmamız bunlardan yalnız birinin əvəzini çıxa bilib. İlk matçda meydanı başıaşağı tərk edən futbolçularımız 3 gün sonra meydan sahibləri ilə qarşılaşacaq.

Qeyd edək ki, qrupumuzun digər oyununda Gürcüstan və Lixtenşteyn qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

U-19-lar arasında Avropa çempionatı

I qrup
I tur, 14 noyabr

Azərbaycan – İsrail - 1:4
Emil Qasımov, 82 - Kanaan, 9, Masarva, 28; Arad, 56; 64
Tiflis. Mixail Mesxi adına stadion.
Hakimlər: Erik Lambrext, Karel De Roker (hər ikisi Belçika), Giorgi Elikaşvili (Gürcüstan)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest