"Valyadolid" baş məşqçisi Serxio Qonzaleslə bağlı qərarını verib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 43 yaşlı mütəxəssislə yeni sözləşmə imzalanıb.
Qonzales La Liqa təmsilçisi ilə müqavilə müddətini artıq yeniləyib. Razılığa əsasən, çalışdırıcı 2022-ci ilin yayına qədər komandanın "sükanı arxası"nda olacaq.
Qeyd edək ki, hazırda turnir cədvəlinin 15-ci pilləsində qərarlaşan "Valyadolid"in aktivində 18 xal var.