Bir neçə gün əvvəl karyerasını İtaliyada davam etdirəcəyini açıqlayan Zlatan İbrahimoviç "Yuventus"un futbolçusu Kriştianu Ronaldo ilə mümkün rəqabətindən danışıb.

Matc.az xəbər verir ki, isveçli hücumçu "La Gazzetta Dello Sport"a açıqlamasında Ronaldonun istedadlı futbolçu olmadığını deyib: "Əsl Ronaldonu İtaliyada tapacağam? Xeyr, əsl Ronaldo braziliyalıdı. Kriştianu istedadlı deyil, qazandıqları sadəcə, zəhmətinin bəhrəsidi".

38 yaşlı forvard portuqaliyalı hücumçunun "Yuventus"a keçidini də tənqid etmişdi: "Əgər o yarış istəyirdisə, niyə B seriyasında çıxış edən "Yuventus"a getmədi? 7 il ardıcıl çempion olan kluba getdi".

Qeyd edək ki, İbrahimoviçin "Milan"a keçəcəyi gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest