"çelsi"nin transfer qadağası ləğv edilib. Matc.az saytı xəbər verir ki, bu barədə qərarı İdman Arbitraj Məhkəməsi (CAS) verib.

FIFA bu ilin fevralında London təmsilçisinin iki transfer dönəmində heyətinə heç kimi cəlb edə bilməyəcəyini qərara almışdı. Bu üzdən londonlular yay fasiləsində transfer həyata keçirməmişdi. Premyer Liqanın CAS-a müraciətdi, nəhayət ki, müsbət nəticələnib.

Qurum artıq qadağanı ləğv edib. Bu isə o deməkdi ki, "çelsi" qış fasiləsində heyətini gücləndirə biləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest