İngiltərə Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilən "Arsenal" – "Brayton" oyunu (1:2) Aleksandr Lakazett üçün əlamətdar olub. Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "topçular"ın yeganə qolunun müəllifi olan fransalı futbolçu, London klubunun heyətində 100-cü oyununu keçirib.
 
2017-ci ildən "Arsenal"ın şərəfini qoruyan 28 yaşlı futbolçu, 41 qolla yadda qalıb. Onun klubla müqaviləsi 2022-ci ilədək  nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest