Dekabrın 13-də, AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Matc.az xəbər verir ki, saat 10:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
 
1. Gəncə şəhər stadionunun ərazisində yeni, standart ölçülü (105x68 m.) süni örtüklü məşq meydanının inşasının başa çatması ilə bağlı məlumat
 
2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri ilə əlaqədar müzakirə
 
3. Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin Aç-2020-nin seçmə mərhələsi ilə bağlı hesabatı
 
4. Premyer Liqa klublarına uşaq futbolu üçün UEFA-dan ayrılmış maliyyə vəsaiti ilə bağlı hesabat
 
5. "Klubların lisenziyalaşdırması üzrə vəsait"in növbəti buraxılışı üçün əlavə və dəyişikliklərin müzakirəsi
 
6. Aç-2020-nin Bakıda keçiriləcək oyunlarına hazırlıq prosesi ilə bağlı qısa məlumat
 
7. AFFA-nın "Feyr Pley" mükafatının təsis olunması və Əsasnaməsinin hazırlanması
 
8. "Azərbaycan Futbolunun Etik Kodeks"inin hazırlanmasının müzakirəsi
 
9. AFFA-nın Futbol Veteranları Fondunun Əsanaməsinə uyğun olaraq müvafiq şəxslərə təqaüdün ayrılmasının müzakirəsi
 
10. "Elit Məşq" kitabı ilə bağlı məlumat
 
11. AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərin hazırlanması
 
12. "Qəbələ" Futbol Klubu ilə bağlı müzakirə
 
13. AFFA-nın növbəti Konfransının tarixinin müəyyənləşdirilməsi

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest