"Liverpul"da noyabrın ən yaxşı futbolçusu məlum olub. Matc.az xəbər verir ki, Mersisayd təmsilçisində ötən ayın ən yaxşısı Sadio Mane seçilib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Mane "Liverpul" azarkeşləri arasında keçirilən sorğuda digər komanda yoldaşları Fabinyo və Vircil Van Deyki qabaqlayaraq 1-ci olub.

Seneqallı hücumçu noyabrda iştirak etdiyi 6 oyunda 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest