"Barselona"nın İspaniya La Liqasının 16-cı turu çərçivəsində "Malyorka"ya 5:2 hesabıyla qalib gəldiyi oyun Kataloniya təmsilçisinin ulduz futbolçusu Lionel Messi üçün əlamətdar olub. Matc.az xəbər verir ki, bu oyunda het-trik edən argentinalı hücumçu La Liqada yeni rekord müəyyənləşdirib. 
 
çempionatda etdiyi het-triklərin sayını 35-ə çatdıran Messi, "Real"ın sabiq futbolçusu Kristiano Ronaldonun rekordunu qırıb. Hazırda "Yuventus"un şərəfini qoruyan Ronaldo, La Liqada 34 het-trikə imza atmışdı.
 
Bundan başqa Messi cari mövsümdə vurduğu qolların sayını 12-yə çatdırmaqla La Liqanın ən məhsuldar futbolçusuna çevrilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest