"Mançester Siti" İngiltərə Premyer Liqasının 16-cı turu çərçivəsində doğma meydanda "Mançester Yunayted"ə 1:2 hesabıyla məğlub olub. Matc.az xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola bununla da özünün ən pis göstəricisinə imza atıb.
 
Belə ki, 48 yaşlı ispaniyalı mütəxəssis karyerası ərzində mövsümə bu qədər xal itkisi ilə başlamamışdı. "Mançester Siti" onun rəhbərliyi altında 16 oyuna 32 xal toplaya bilib. Bu oyunlardan ikisində heç-heçəyə razılaşan kollektiv dörd dəfə də meydanı məğlubiyyətlə tərk edib.
 
Xatırladaq ki, Qvardiola karyerası ərzində "Bavariya" və "Barselona" klublarını da çalışdırıb. Amma o, bu klubların heç birində ilk 16 tur ərzində bu qədər xal itkisi ilə üzləşməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest