Dünya futbol tarixində ikinci pilləyə yüksələn Əhməd Mübarək yalnız Misir millisində 184 görüşdə iştirak edən Əhməd Hassandan geri qalır.

Qətərdə keçirilən Körfəz Kuboku turniri başa çatıb. Matc.az saytının məlumatına görə, yarışın qalibi finalda Səudiyyə Ərəbistanını 1:0 hesabı ilə məğlub edən Bəhreyn olub.

Turnir Oman yığmasının kapitanı Əhməd Mübarək üçün əlamətdar olub. Belə ki, 34 yaşlı yarımmüdafiəçi yığmada oyun sayını 179-a çatdırıb. Bununla o, italiyalı Canluici Buffon (176), meksikalı Klaudio Suares (177) və Səudiyyə Ərəbistanından olan Məhəmməd əl-Dayini (178) geridə qoyub.

Dünya futbol tarixində ikinci pilləyə yüksələn Əhməd Mübarək yalnız Misir millisində 184 görüşdə iştirak edən Əhməd Hassandan geri qalır.

2003-cü ildən Oman millisinə çağırılan Mübarək yığma karyerasını bitirməyə hazırlaşmadığını söyləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest