"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan 3 klubdan təklif alıb. Matç.az saytı xəbər verir ki, bu iddia ilə "OkDiario"nun direktoru Eduardo İnda çıxış edib.

O bildirib ki, fransalı mütəxəssisə bu yaxınlarda 2 klub – "Mançester Yunayted" və PSJ təklif göndərib: "Paris klubu onun üçün əla variant olar. Onlar Zidana boş çek vermişdilər. Bir neçə gün əvvəl isə "Bavariya"dan onunla əlaqə saxladılar. Almanlar mütəxəssisi gələn mövsüm komandanın "sükanı arxası"nda görmək istəyirlər".

Qeyd edək ki, Zinəddin Zidan ötən mövsümün sonunda "Real"la yollarını ayırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest