"Zalsburq"un hücumçusu Erlinq Haland ilk rəsmi təklifini alıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Yuventus" gənc forvardla təmasa keçib.

Turin təmsilçisi 19 yaşlı norveçliyə illik 3 milyon avro maaş və bonuslar təklif edib. Futbolçunu "Zalsburq"dan 20 milyon avroya transfer etmək mümkündü. çünki onun klubla müqaviləsində belə birbənd var.

Lakin Halandın xidmətində başqa klublar da maraqlıdı. Konkret Dortmund "Borussiya"sı "Zalsburq"a 20 milyon avro təklif edib. Həmçinin "Mançester Yunayted", "Leypsiq" və "Napoli" də bu transfer üçün çalışır.

Qeyd edək ki, Erlinq Halandın "Zalsburq"la müqavilə müddəti 2023-cü ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest