"Barselona"nın qış fasiləsində heç bir futbolçusunu satmayacaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu klub prezidenti Xosep Bartomeu deyib.

O bildirib ki, Kataloniya təmsilçisi heç bir təklifi müsbət cavablandırmayacaq: "Yanvar ayında oyunçu satmaq fikrində deyilik. Balanslaşdırılmış heyətimiz var və kiminsə getməyinə imkan verə bilmərik".

Qeyd edək ki, "Barselona"nın bir neçə futbolçusu digər klubların maraq dairəsindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest