Futbol üzrə İspaniya La Liqasında 2010/11 mövsümünün son turu çərçivəsində keçirilən "Levante" - "Saraqosa" matçının nəticəsinin öncədən müəyyənləşdirildiyinə dair aparılan məhkəmə başa çatıb. Matc.az xəbər verir ki, həmin oyun qonaqların 2:1 hesablı qələbəsiylə başa çatmış və "Saraqosa" La Liqadakı yerini qorumuşdu.
 
Amma həmin oyunun danışılmış olması ilə bağlı şübhələr olduğundan, İspaniya hüquq mühafizə orqanları 36 futbolçu və bir neçə klub rəsmisi ilə bağlı cinayət işi açmışdı.
 
8 il davam edən məhkəmə işi nəhayət ki, yekunlaşıb. Valensiya məhkəməsi 36 futbolçu barədə ittihamları yetərli hesab etmədiyi üçün onar barəsində bəraət hökmü çıxarıb. "Saraqosa" klubu da bəraət alıb və dolayısı ilə "Levante" ilə matçın danışılmış olmadığı təsdiqlənib. "Saraqosa"nın sabiq prezidenti Aqapito İqlesias ilə idman direktoru Xavyer Porkera isə 1 il 3 ay müddətinə həbs olunub. Onlar müəyyən sənədlərdə saxtakarlıqlara yol verdikləri üçün təqsirkar hesab olunublar.
 
Qeyd edək ki, 2020/11 mövsümünün nəticəsinə əsasən "Saraqosa" elitada qalarkən, "Deportivo" aşağı liqaya düşmüşdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest