"Liverpul"un hücumçusu Sadio Mane karyerasını Fransada davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, PSJ ulduz futbolçunun xidmətində maraqlıdı.

Paris təmsilçisi Seneqal millisinin üzvünü gələn ilin yayında heyətinə qatmaq niyyətindədi. "Liverpul" 27 yaşlı forvardını 100 milyon avroya satılmasını nəzərdən keçirməyə hazırdı. PSJ rəhbərliyi də onu mövsümün sonunda komandanı tərk etməsi gözlənilən Neymara layiqli alternativ hesab edir.

Qeyd edək ki, Sadio Manenin "Liverpul"la müqavilə müddəti 2023-cü ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest