Bir neçə ay əvvəl U-19 komandası olan bu yığma Avropa çempionatının bürünc mükafatını qazanıb. Qitə 3-cüsü olan 19 yaşlılar bununla da bir yaş böyüklərin dünya çempionatına da vəsiqə əldə edib.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi sabah növbəti oyununu keçirəcək. Matç.az saytı xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu yığmamız Ukrayna komandası ilə qarşılaşacaq.

AVRO-2019-un seçmə mərhələsindəki uğursuz çıxışdan sonra artıq növbəti sınağa hazırlaşan millimiz bu görüşə əsasən yenilənmiş heyətlə çıxmalıdı. çünki artıq növbəti tsikli düşünməli Sadıqov elə ilk yoxlama oyunundan AVRO-2021 planlarını qurmalıdı. Gənc çalışdırıcı yetirmələrini güclü rəqiblə dueldə sınamaq imkanından maksimum yararlana bilər.

Rəqib isə yetərincə iddialı komandadı. Bir neçə ay əvvəl U-19 komandası olan bu yığma Avropa çempionatının bürünc mükafatını qazanıb.

Qitə 3-cüsü olan 19 yaşlılar bununla da bir yaş böyüklərin dünya çempionatına da vəsiqə əldə edib. Aleksandr Petrakovun başçılıq etdiyi Ukraynanın U-20 komandası Avropa çempionatındakı uğurdan sonra ilk sınağına Bakıda çıxacaq.

Bununla da rəqib 2019-cu ilin yayında Polşada baş tutacaq U-20-lər arasında dünya çempionatının final mərhələsinə hazırlığa start verəcək. Mundial iştirakçısı növbəti qitə çempionatının seçmə mərhələsində yığmamız kimi U-21-ə çevriləcək.

Qeyd edək ki, millimiz 4 gün sonra - noyabrın 19-da isə Zenitsa səhərində Bosniya və Herseqovina yığması ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

Yoldaşlıq oyunu

15 noyabr

20:00. Azərbaycan U-21 – Ukrayna U-20

"Dalğa Arena" stadionu

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest