"Napoli"də gözlənilən baş məşqçi istefası reallaşıb. Matc.az saytı xəbər verir ki, Neapol təmsilçisi Karlo Ançelotti ilə yollarını ayırıb.

Hətta komandanın çempionlar Liqasının qrup mərhələsində "Genk" üzərində böyükhesablı qələbəsi (4:0) və 1/8 finala adlaması belə, rəhbərliyin fikrini dəyişməyib. Komandanın yeni baş məşqçisi isə Cennaro Qattuzo olacaq. Onun təyinatının bu gün rəsmiləşməsi gözlənilir. 41 yaşlı mütəxəssis 1,5+1 illik sazişə qol çəkəcək. Onun illik məvacibi isə 3 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Karlo Ançelotti "Napoli"nin "sükanı arxası"na ötən il keçmişdi. Onun klubla müqavilə müddəti 3 illik idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest