İtaliyanın "Napoli" klubunun yeni baş məşqçisi məlum olub. Matc.az xəbər verir ki, Neapol təmsilçisi Cennaro Qattuzoya tapşırılıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 41 yaşlı italiyalı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.
 
Qeyd edək ki, Qattuzo bu gün istefaya göndərilən Karlo Ançelottini əvəz edib. Ançelottinin istefasına komandanın A Seriyasındakı son yeddi oyununda qələbəyə həsrət qalması səbəb olub.
 
Qattuzo məşqçilik karyerası ərzində "Sion", "Palermo", OFI, "Piza" və "Milan" klublarını çalışdırıb.
 
15 turdan sonra 21 xala malik "Napoli" A Seriyasında 20 kollektiv arasında yeddinci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest