"Bavariya"nın futbolçusu Kinqsli Komanın UEFA çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Tottenhem"lə ev oyununda (3:1) ağır zədə aldığını xəbər vermişdik. Matc.az xəbər verir ki, artıq Münhen klubu yarımmüdafiəçinin durumu ilə bağlı açıqlama yayıb.
 
Ətraflı müayinədən keçən Komanda heç bir ciddi zədə olmadığı aşkarlanıb. Sadəcə, onun bir müddət məcburi istirahət edəcəyi bildirilib.
 
"Bavariya"nın həkimi Müller Volfart klubun rəsmi saytına açıqlamasında bunları söyləyib: "Biz də əvvəlcə çox qorxmuşduq. Amma Kinqslinin bəxti çox gətirib. Müayinələr nəticəsində müəyyənləşdirdik ki, o, cəmi üç oyunda komandaya kömək etməyəcək".
 
Bu ayın sonunadək istirahət edəcək Komanın yanvardan etibarən komanda ilə birgə məşqlərə başlayacağı bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest