"Ufa" klubunda noyabr və dekabr aylarının ən yaxşı futbolçusu müəyyənləşib. Premyer Liqa rəsmi saytı vasitəsilə azarkeşlər arasında sorğu keçirib. Nəticədə azərbaycanlı futbolçu Azər Əliyev hamıdan çox səs toplayıb.

"Ufa" klubunda noyabr və dekabr aylarının ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə azarkeşlər arasında sorğu keçirib.

Nəticədə azərbaycanlı futbolçu Azər Əliyev hamıdan çox səs toplayıb. 25 yaşlı oyunçu bu müddətdə 4 matçda iştirak edib, "Krılya Sovetov"la qarşılaşmada qələbə qolunun ötürməsini verib, "Axmat"la görüşdə isə yeganə topa imza atıb. Hər iki oyunda "Ufa" 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Ufa" Premyer Liqada 19 turdan sonra 25 xalla 7-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest