Argentina yığmasının sabiq hücumçusu Ezekyel Lavezzi karyerasını başa vurub. Matc.az xəbər verir ki, o, bu barədə rəsmi "instagram" hesabında məlumat yayıb.

Lavezzi futbolçu karyerasını bitirdiyini bildirib. Son olaraq çinin "Hebey çayna Forçun" klubunda çıxış edən Lavezzi karyerası ərzində "San Lorenso", "Napoli" və PSJ-də də forma geyinib.

Qeyd edək ki, 34 yaşlı yarımmüdafiəçi 51 dəfə Argentina yığmasının şərəfini qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest