14 Dekabr 2019, 20:07
DİGƏR
İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi başa çatıb. Matc.az xəbər verir ki, yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edib.
Onların arasında Azərbaycan yığmasının üzvləri də var idi. İdmançılarımızdan son olaraq yaşı 17-yə qədər olan atletlərdə +102 kq çəki dərəcəsində Rəhman Kazımov qüvvəsini sınayıb.
Atletimiz toplam 313 kq (138+175) nəticə ilə yekun sıralamada 7-ci yeri tutub.