Bu barədə Kosta Rika mətbuatı məlumat yayıb. Bildirilir ki, Zamoraya Azərbaycandan və Asiya klublarından biri təklif göndərib. Amma Azərbaycan təmsilçisinin göndərdiyi təklifin daha cəlbedici olduğu vurğulanır.

Kosta Rikanın "Qvadalupe" klubunun hücumçusu Frank Zamora karyerasını Azərbaycanda davam etdirə bilər. Matc.az xəbər verir ki, sözügedən oyunçu Premyer Liqa klublarından birinin maraq dairəsinə düşüb.
 
Bu barədə Kosta Rika mətbuatı məlumat yayıb. Bildirilir ki, Zamoraya Azərbaycandan və Asiya klublarından biri təklif göndərib. Amma Azərbaycan təmsilçisinin göndərdiyi təklifin daha cəlbedici olduğu vurğulanır.
 
Qeyd edək ki, Zamora bu ilin əvvəlindən "Qvadalupe"də forma geyinir. O, bu komandanın heyətində çıxdığı 18 oyunda 11 qola imza atıb. Kosta rikalı futbolçu ölkəsinin yüksək liqasında "Karmelita", "Peres Zeledon", U.C.R və "Qreçiya" klublarının da şərəfini qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest