"90 dəqiqə boyunca hər fürsətdən istifadə etməyə çalışdıq. Komandadan ayrılacaq futbolçuları özüm üçün müəyyən etmişəm, amma son oyunu gözləmək məsləhətdi. Hər futbolçudan istifadə edə bilərik. Son oyundan sonra futbolçularla danışacağıq"

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Zirə"yə qarşı keçirdikləri ilk oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan oyundan sonra təşkil olunan mətbuat konfransında bunları deyib:
 
"Qış fasiləsinə yaxınlaşırıq. çempionatda vəziyyətimiz yaxşı olmasa da, qarşıda hələ 2 dövrə var. Vəziyyəti yaxşılaşdırmağa vaxt var, amma kubokda belə şansımız yoxdu. Bu gün hər iki komanda yaxşı oynadı, iki epizodumuz oldu ki, onları qola çevirsəydik, ikinci oyuna üstün yollanardıq. Həvəsdən düşmürük. Hücumçusuz oynayırıq. Ara-sıra yerliləri dəyişirik. Hücum cəhətdən deyirsizsə, hər iki komanda ehtiyat edirdi. Düşünmürəm ki, bu gün müdafiədən oynadıq. Mirabdulla Abbasov bu gün hazır deyildi. Futbolçular çalışdılar, amma bu, kifayət etmədi. Hər kəs nəticəni düşünürdü. Maddi vəziyyətimiz yaydan etibarən yaxşı deyil. Ona görə də, hücumçu transfer edə bilmirik. Bu gün biz də hücum etdik. 90 dəqiqə boyunca hər fürsətdən istifadə etməyə çalışdıq. Komandadan ayrılacaq futbolçuları özüm üçün müəyyən etmişəm, amma son oyunu gözləmək məsləhətdi. Hər futbolçudan istifadə edə bilərik. Son oyundan sonra futbolçularla danışacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest