Futbol üzrə Ukrayna Premyer Liqasında 18-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi "Aleksandriya" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Dnepr-1" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 2:1.
 
Paşayev bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü sarı vərəqə limitini doldurduğu üçün bu qarşılaşmanı buraxmaq məcburiyyətində qalıb.
 
"Aleksandriya" 18 turdan sonra 33 xalla 12 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest