PSJ-nin hücumçusu Kilian Mbappe yeni rekorda imza atıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 20 yaşlı forvard buna Liqa1-in XVIII turunda "Sent-Etyen"lə görüşdə nail olub.

Parislilərin 4:0 hesablı qələbə qazandığı qarşılaşmada Mbappe dubla imza atıb. O, bununla Liqa1-də 70 qol həddinə çatan ən gənc futbolçu kimi tarixə düşüb. Hazırda 20 yaş 359 günlüyündə olan Kilian 1975-ci ildə bu rekorda imza atan Bernardo Lakombanı (22 yaş 163 gün) qabaqlayıb.

Qeyd edək ki, Kilian Mbappe bundan əvvəl karyerası ərzində ən tez 100 qol vurmaq baxımından Lionel Messi və Kriştianu Ronaldonu üstələmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest